Şirkət haqqında
SAĞLAMLIĞINIZ ÜÇÜN...
Biz Kimik ?
AzPark Group MMC 2017-ci ildən açıq məkanlarda park, oyun, idman avadanlıqları və yer örtüklərinin təchizi və montaj fəaliyyəti ilə məşğuldur. Şirkətimiz dünyada tanınmış şirkətlərin Azərbaycanda nümayəndəliyi olaraq fəaliyyət göstərir. AzPark bu sektorda ölkəmizin qabaqcıl şirkətlərindən biri olmasına baxmayaraq fəaliyyətə başladığımız ilk gündən, dünyadakı yenilikləri yaxından izləyir və yeni çeşidləri ölkəmizdə dəb salır. Geniş məhsul çeşidlərimiz sahəsində bütün yaş qrupuna aid vətəndaşlarımızı məhsullarımız və işlərimiz ilə məmnun edirik.
Fəaliyyətimiz :
İctimai parkların, həyətyanı sahələrin, turist komplekslərinin, sağlamlıq zonalarının, idman komplekslərinin və bağça-məktəblərin açıq məkanlarda abadlaşdırılması üçün innovasiya yanaşmasıdır. Uşaqların fiziki səviyyəsinin artırılması, bütün yaş qruplu insanların idmanla məşğul olması, fiziki imkanları məhdud olan insanların zamanlarını əyləncəli keçirilməsi və cəmiyyətin hər təbəqəsinin xoş istirahət üçün imkanlar yaratmaq.
Keyfiyyət :
Həyata keçirtdiyimiz layihələrdə insan sağlamlığına zərərli olmayan və ətraf mühütə zərər verməyən xammallardan istifadə olunur. Layihələrdə istifadə olunan avadanlıqlar açıq məkan təyinatlıdır və bütün iqlim növünə dayanıqlıdır. Məhsullarımız beynəlxalq standartlara uyğundur və müvafiq sertifikatlara malikdirlər (İSO, TÜV, TS, EN 1176, EN 16630 və s.)
Sertifikatlarımız :
ISO 9001 - Quality management systems
ISO 14001 - Environmental management systems
ISO 45001 - Occupational health and safety management system